• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3010
— 01.11.2015 18:11

Seçkilərdə sağlamlıq imkanları məhdud vətəndaşlar öz seçdikləri namizədlərə daşınan qutular vasitəsilə səs veriblər

Parlament seçkilərində iştirak etmək üçün fiziki qüsurlu şəxslərə də imkan yaradılıb. Sağlamlıq imkanları məhdud vətəndaşlar öz seçdikləri namizədlərə daşınan qutular vasitəsilə səs veriblər.

Fiziki qüsurlu olsalar da, onlar da Azərbaycan vətəndaşlarıdır. Və ölkə parlamentinin formalaşmasında fəal iştirak etmək haqlarıdır. Kəlbəcərdən məcburi  köçkün olan Cavad Qasımov seçdiyi namizədə evində səs verir.

Cavad Qasımov – seçici: “Bizə bu cür şərait yaradıldığına görə təşəkkür edirik. Biz də öz dəstəklədiyimiz namizədə səs verdik”.

Kəlbəcərin digər seçiciləri isə 123 sayli Kəlbəcər seçki dairəsinin 2 saylı məntəqəsində səsvermə hüququndan istifadə edirlər.

Zakir Rüstəmov -  məntəqə sədri: “Seçkilər qanunauyğun formada keçirilir. Seçicilərin aktivliyi müşahidə olunur”.

Bütün məcburi köçkünlərin ən böyük arzusu növbəti seçkilərdə işğal altında olan Kəlbəcərdə öz namizədlərinə səs verməkdir.

Kamal Yaşar