• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2976
— 01.11.2015 19:53

Bu gün Türkiyə Böyük Millət Məclisinə növbədənkənar seçkilər keçirilib

Seçkilərdə 16 siyasi partiya iştirak edib. Yerli vaxtla saat 08:00-də başlayan təkrar seçkilər saat 17:00-da başa çatıb. Ölkə daxilində 54, ölkə xaricində isə 3 milyon nəfər səsvermə hüququna malik şəxs var. Bu il iyunun 7-də keçirilmiş parlament seçkisi ilə müqayisədə ölkə daxilindəki seçicilərin sayı 310, xaricdəki seçici sayı isə 28 min nəfər artıb. Oktyabrın 10-da  Türkiyənin xaricdəki diplomatik missiyalarında başlayan səsvermə ayın 25-də başa çatıb. Seçkinin ilk nəticələri Bakı vaxtı ilə 21:00- da elan ediləcək.

Ruhəngiz Hacızadə