• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2974
— 01.11.2015 18:07

Naxçıvan MR-də seçicilərin böyük qismi öz səsvermə hüququndan istifadə edib

Naxçıvan MR-də parlament seçkiləri davam edir. Naxçıvan MR-in Ali Məclisinin tərkibi formalaşır. Regiondakı bütün məntəqələrdə seçicilərin fəallığı müşahidə olunur. Məntəqələr seçki üçün zəruri olan bütün maddi-texniki baza ilə təchiz edilib. Müşahidəçilər üçün lazımi şərait yaradılıb. Onlar seçkinin gedişatını izləyirlər. Seçicilər seçkinin gedişindən razılıqlarını bildirirlər. Seçicilərin böyük bir qismi öz səsvermə hüququndan istifadə edib. İndiyə kimi heç bir qanun puzuntusu qeydə alınmayıb.

Ələkbər Qasımov

Elnur İsmayılzadə