• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2974
— 01.11.2015 17:55

Səsvermə prosesində futbol ictimaiyyətinin tanınmış simaları iştirak edib

Səsvermə prosesində müxtəlif peşə sahibləri iştirak edir ki, onlar arasında futbol ictimaiyyətinin nümayəndələri də var. Ölkə futbolunun tanınmış siması, SSRİ birinciliyinin yüksək liqasında çıxış etmiş “Dinamo” Kirovabadın sabiq kapitanı Müzəffər Qasımov da səsvermə hüququndan istifadə edib. “Kəpəz” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının üzvü olan Qasımov 38 saylı Nizami 2-ci Gəncə Seçki Dairəsinin 13 saylı məntəqəsində səs verib. Bu məntəqədə 1351 seçici qeydiyyatdadır. Onlardan 729-u qadın, 622-si kişidir. Məntəqədə 8 nəfər ilk dəfə səsverməyə qatılıb.

Gəncədə seçicilərin aktivlik nümayiş etdirdiyi 39 saylı Kəpəz 1-ci Gəncə Seçki Dairəsinin 8 və 9 saylı məntəqələri eyni binada – 30 nömrəli orta məktəbdə yerləşir. 8 saylı məntəqə üzrə seciçi siyahısında 1444 nəfərin adı yer alıb. Xəstə seçicilərin müraciəti əsasında 1 daşınan qutu ayrılıb. 9 saylı məntəqədə isə 1368 seçicinin adı qeydiyyatda olsa da, onlardan ikisi seçki gününə kimi vəfat etdiyindən adları siyahıdan çıxarılıb. Onu da əlavə edək ki, məntəqələrin önündəExit poll” da fəaliyyət göstərir.

Azad Rəfi