• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1552
— 01.11.2015 15:59

Məhbuslar da seçkilərdə yüksək seçici fəallığı nümayiş etdirirlər

Azərbaycanda keçirilən parlament seçkilərində bütün ölkədə olduğu kimi, məhbuslar da yüksək seçici fəallığı nümayiş etdirirlər.

Ədliyyə Nazirliyinin 2 saylı İstintaq təcridxanasında saxlanılan şəxslər ölkədə keçirilən parlament seçkilərində iştirak edərək öz namizədlərini seçiblər. 38 saylı DSK-nın 25 saylı məntəqəsində səsvermənin şəffaf keçirilməsi üçün bütün lazımi şərait yaradılıb.

Mikayıl  Niftaliyev- 38 saylı DSK 25 saylı MnSK-nın sədri: “Parlament seçkilərində seçicilərimiz öz istədikləri namizədə səs verirlər. Səsvermə prosesi şəffaf keçirilir”.

Məntəqədə 780 nəfər qeydiyyatdadır ki, onlardan da 470-i bu saata qədər səsvermə hüququndan istifadə edib.

Seçki prosesi qanunamüvafiq qaydada keçirilir və hazırda da davam edir. Səsvermədə heç bir insident qeydə alınmayıb.

Mehman Abbaszadə