• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1020
— 01.11.2015 15:05

104 saylı Gədəbəy-Tovuz Dairə Seçki Komissiyası üzrə 250 nəfər ilk dəfə səs verib

104 saylı Gədəbəy-Tovuz Dairə Seçki Komissiyası tərkibində 65 seçki məntəqəsi fəaliyyət göstərir. Seçki məntəqələrində 46004 seçici qeydiyyatdan keçib. Hazırda 13315 seçici seçki hüququndan istifadə edib. Bu isə ümumi seçicilərin 28,94 faizidir. 250 nəfər ilk dəfədir ki, seçki hüququndan istifadə edir. Bildirək ki, bu saata qədər 10-a yaxın mənzilə daşınan qutular göndərilib. Hava şəratindən asılı olmayaraq, insanlar seçkilərdə fəallıq göstərirlər.

Elton Cabbarlı