• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1800
— 01.11.2015 14:50

Məhbuslar səs verir

İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı qadınlar üçün olan cəzaçəkmə müəssisəsində seçki prosesini müşahidə edib. Cəzaçəkmə müəssisəsinin nəzarətçiləri prosesi 100 metr aralıdan izləyiblər.

4 saylı qadın cəzaçəkmə müəssisəsində 450 məhbus seçici səs verir. Cəzaçəkmə müəssisəsində 5 müşahidəçi seçki prosesini izləyir.

Cəzaçəkmə müəssisəsində parlament seçkilərini müşahidə edən Ombudsman Elmira Süleymanovanın sözlərinə görə, müşahidə apardığı ilk seçki məntəqəsində hər hansı qanun pozuntusu qeydə alınmayıb.  

Elmira Süleymanova- İnsan hüquqları üzrə müvəkkil: “Vaxtaşırı olaraq rəhbərlik etdiyim qurum əməkdaşları mərkəzə seçkilərin gedişi ilə bağlı informasiya ötürürlər. Ombudsman Aparatının üzvləri bütün ölkə ərazisində parlament seçkilərini müşahidə edirlər. Bizə daxil olan məlumatlara görə, seçkilərdə hər hansı insident qeydə alınmayıb. Hər şey qaydasında gedir”.

Ümumilikdə penitensiar xidmət üzrə 14 seçki dairəsində 24 seçki məntəqəsi yaradılıb.

Könül Rasimqızı