• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 2279
— 01.11.2015 14:07

İdman sahəsində fəaliyyət göstərən məşhur şəxslər də seçkilərə qatılıblar

Gəncənin bütün dairə məntəqələrində olduğu kimi 38 saylı Nizami II seçki dairəsinin 9 saylı məntəqəsində də səsvermənin gedişi ilə tanış olduq. Bu məntəqədə tanınmış simalar da səs vermək hüququndan istifadə edib.

Ölkədə keçirilən seçkilərdə idman sahəsində fəaliyyət göstərən bir çox məşhur şəxslər də iştirak edir. Onlar arasında London Yay Olimpiya oyunlarının qalibi Toğrul Əsgərovun şəxsi məşqçisi Elçin Zeynalovu da qeyd etmək olar. Azərbaycanın ən tanınmış əməkdar məşqçilərindən olan Zeynalov qeydiyyatda olduğu seçki məntəqəsində öz namizədini seçib.

Elçin Zeynalov- əməkdar məşqçi: “Doğrudan da bu gün çox əlamətdar bir gündür – Milli Məclisə seçkilər günüdür. Seçkilər çox şəffaf və demokratik keçirilir. Mən də öz vətəndaşlıq borcumu yerinə yetirmək üçün səs verdim”.

Nəzərinizə çatıdıraq ki, sözügedən məntəqədə 1310 seçici qeydiyyata alınıb. Onların da 8-i ilk dəfə parlament seçkilərində səs verir. Ən yaşlı seçicisinin 93 yaşı olan məntəqədə 7 namizəd deputat olmaq üçün mübarizə aparır.

Orxan Cəfərzadə