• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 2278
— 01.11.2015 14:05

Gəncədə keçirilən seçki prosesini beynəlxalq müşahidəçilər də yaxından izləyir

Günün erkən saatlarından başlayaraq qonaqlar səsvermə məntəqələrinə baş çəkir, müşahidələr aparırlar. Əməkdaşlarımız beynəlxalq müşahidəçilərin olduğu 39 saylı Kəpəz 1-ci Gəncə seçki dairəsinin 8 və 9 saylı məntəqələrində vəziyyətlə tanış olub, Türkiyə və Qazaxıstandan olan müşahidəçilərin səsvermə prosesi ilə bağlı fikirlərini öyrəniblər.

Ömər Kocaman- türkiyəli müşahidəçi: “Günün erkən saatlarından etibarən seçimlə bağlı işimizə başlamışıq,  məntəqələrə baş çəkib seçki prosesini izləyirik. Azərbaycan xalqının seçimlərə olan marağı bizi çox sevindirdi. Müşahidələrimiz zamanı hər hansı bir qanun pozuntusu və ya problemlə üzləşməmişik. Seçki prosesinin uğurla keçməsi üçün əmək sərf edən bütün insanlara təşəkkür edirik. Bilirsiniz ki, bu gün Türkiyədə də seçimlər var. Eyni vaxtda həm Azərbaycanda, həm də Türkiyədə seçkilərin keçirilməsi gözəl təsadüfdir. İnanırıq ki, “bir millət, iki dövlət” dediyimiz hər iki ölkə bu seçimlərdən güclənərək çıxacaq. Bu duyğularla xalqınızı salamlayır, uğurlar arzu edirəm”.

Amantay Şarip- qazaxıstanlı müşahidəçi: “Biz bura seçkidən bir neçə gün əvvəl gəlmişik. Vəziyyətlə yerində maraqlanıb, seçkiyə hazırlıq işlərini izləmişik. Düşünürəm ki, görülən işlər beynəlxalq standartlara uyğundur. Səsvermə üçün bütün imkanlar yaradılıb, məntəqələrdə hər cür şərait var. Səhər açılandan müşahidlərimizi aparırıq və düşündüklərimiz təsdiq olunur. Seçici fəallığı zamanla artır. Məntəqələrə bir-bir baxdıqca insanların çoxaldığını, seçkidəki aktivliyi görürük. İstək odur ki, seçkilər layiqli formada keçsin”.

Azad Rəfi