• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 2278
— 01.11.2015 14:01

Samuxda seçki prosesi davam edir

Samux rayonunda da seçki prosesi Seçki Məcəlləsinə uyğun olaraq saat 08:00-da başlayıb. 102 saylı Samux Şəmkir Seçki Dairəsində 51 məntəqə üzrə 44 min 976 seçici qeydiyyata alınıb. Bu dairədən 5 namizəd millət vəkili adı uğrunda mübarizə aparıb. Məntəqələrin 20%-i veb-kameralarla təchiz olunub və seçkinin gedişini rahat şəkildə izləmək mümkündür. Müçahidəçilər də məntəqələrdə seçkilərin gedişini izləyirlər. Bundan əlavə, məntəqələrdə “Exit-poll” da keçirilir.

İsrafil Nəsibov- Məntəqə sədri: “Seçkinin davamiyyəti yaxşıdır. Seçicilər gəlib səsvermədə iştirak edirlər, bir azdan aktivliyin daha da artacağını gözləyirik. Proses normal qaydada gedir. Heç bir qanun pozuntusu baş verməyib. Seçkiləri 18 nəfər müşahidəçi izləyir”.

Dairə üzrə hərbi hissədə yaradılan qapalı məntəqədə də səsvermə prosesi təşkil olunub. Onu da qeyd edək ki, Samux rayonunda yaşı 100-dən yuxarı olan seçici də var və onun seçkilərdə iştirakının təmin olunması məqsədilə evinə daşınan qutu aparılacaq. Bundan əlavə, seçki dairəsi üzrə 4 seçici ilk dəfə səsvermə hüququndan istifadə edəcək.

İlham Məmmədzadə