• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1797
— 01.11.2015 13:52

Respublikanın xalq artisti Şahnaz Haşımova da seçkilərdə iştirak edərək səs verib

Xalq artisti Şahnaz Haşımova 37 saylı Nizami birinci Gəncə seçki dairəsi üzrə 16 saylı seçki məntəqəsində səs verib. Azərbaycanın görkəmli mədəniyyət xadimi məntəqədə yaradılan şəraitdən razı qalıb.

Şahnaz Haşımova - Xalq artisti:  "Hər bir səliqə yerində, qanunlara riayət olunur. Xalqımıza xeyir verə biləcək namizədə səs verdim. Təbliğat kompaniyalarında da iştirak etmişəm. Layiqli namizədlərə dəstək olmuşam, onların ölkəmizə xeyir verəcəklərinə ümid edirik".

Bildirək ki, bu məntəqədə 1495 seçici qeydiyyata alınıb. Onlardan 5-i ilk dəfə səs verən, 1-i əlil, ikisi isə xəstədir. Ən yaşlı seçicinin 83 yaşı var. Məntəqədə seçici aktivliyi müşahidə olunur. Qeyd edək ki, bu dairə üzrə 6 nəfər deputat mandatı uğrunda mübarizə aparır.

Xəyalə Mürsəl