• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1795
— 01.11.2015 13:49

Paytaxtın 36 saylı Xətai rayon 4-cü seçki dairəsində 11 nəfər ilk dəfə olaraq səs verib

Paytaxtın 36 saylı Xətai rayon 4-cü seçki dairəsinin 2 saylı seçki məntəqəsində 11 nəfər ilk dəfə olaraq seçkidə iştirak edib. Məntəqənin ən yaşlı seçicisinin 86 yaşı var.

36 saylı Xətai rayon 4-cü seçki dairəsinin 2 saylı seçki məntəqəsi üzrə 1002 seçici müəyyən olunub. Burada deputat mandatı uğrunda 6 namizəd mübarizə aparır.

Seçicilərin səs verməsi üçün məntəqədə hər cür şərait yaradılıb. Şəffaflığın artırılması üçün məntəqədə veb kameralar da fəaliyyət göstərir.

Seçki prosesini izləyənlər arasında rusiyalı müşahidəçilər də var.

Leyla Abbasova