• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1749
— 01.11.2015 12:39

Gəncədəki 40 saylı DSK-nın 2 məntəqəsində seçicilərin aktivliyi davam etməkdədir

1 noyabr seçkilər günündə Gəncədə yerləşən 40 saylı Dairə Seçki Komissiyasının 8 və 9 saylı məntəqələrində də seçicilərin aktivliyi müşahidə olunub.

40 saylı Dairə Seçki Komissiyasının 8 və 9 saylı məntəqələrində səhər saatlarından seçicilərin aktivliyi müşahidə olunub. 6 namizədin mübarizə apardığı 9 saylı seçki məntəqəsində 1436 nəfər səsvermə hüququna malikdir. Səsvermə prosesində iştirak edəcək gənclərdən 6 nəfəri ilk dəfə səs verir. Məntəqə üzrə yaşlı seçicilərin sayı isə 18 nəfərdir ki, onlardan da ən yaşlısının  86 yaşı var.

Füzuli Mustafayev- 40 saylı DSK-nın 9 saylı MSK-nın  sədri: “8 saylı məntəqədə veb-kamera quraşdırılıb, 9 saylı mıntəqədə veb-kamera yoxdur. Bu gün müşahidəçilər də seçicilər kimi fəal iştirak edirlər. Hal-hazırda 9 saylı məntəqədə 14  nəfər yerli müşahidəçi fəaliyyət göstərir. Hələlik xarici müşahidəçilər prosesə qatılmayıblar”.

Maysara Məmmədova- müşahidəçi: “Mən müşahidə etdiyim müddətdən seçicilər fəallıq güstərirlər. Seçki müddətində şəffaflıq özünü göstərir. Heç bir qanun pozuntusuna yol verilmir”.

9 saylı məntəqə üzrə daşınan qutu ilə bağlı müraciət olunmayıb. Ancaq ehtiyac yarandığı halda komissiya üzvləri tərəfindən qutular evlərə aparılacaq.

Gülşən Zabitqızı