• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1697
— 01.11.2015 15:54

Gəncə 38 saylı Nizami II seçki dairəsinin 23 saylı seçki məntəqəsində 300-dən çox seçici səs verib (Yenilənib)

Gəncədə yerləşən 38 saylı Nizami (ikinci) Seçki dairəsinin 23 saylı seçki məntəqəsində səsvermə prosesi davam edir. Bu vaxtadək heç bir qanun pozuntusu qeydə alınmayıb. 

Gəncə şəhər 38 saylı Nizami II seçki dairəsinin 23 saylı məntəqəsində səhər saatlarından seçicilərin aktivliyi müşahidə olunub. 6 namizədin mübarizə apardığı  məntəqədə 1490 nəfər səsvermə hüququna malikdir.

Tünzalə Bağırova- Gəncə şəhər 38 saylı Nizami II seçki dairəsinin 23 saylı  məntəqəsinin sədiri: “Saat 08:00-da seçkimiz başlayıb, indiyə qədər 300–dən çox seçici səs verib. Ümumi seçicilərimizin sayı 1490 nəfərdir. Müşahidəçilər buradadır, heç bir qanun pozuntusuna yol verilməyib. Seçkimiz şəffaf keçir”.

Məlahət Məmmədova- Gəncə şəhər 38 saylı Nizami II seçki dairəsinin 23 saylı  məntəqəsinin müşahidəçisi: “Seçki saat 8-də başladı, hər şey şəffafdır, qaydasındadır və heç bir qayda pozuntusu yoxdur”.

23 saylı məntəqə üzrə daşınan qutu ilə bağlı müraciət olunmayıb.  Ancaq ehtiyac yarandığı halda komissiya üzvləri tərəfindən qutular evlərə aparılacaq.

 

10:06 olan xəbər

38 saylı Nizami II Gəncə seçki dairəsinin 5 saylı məntəqəsində seçicilər fəal şəkildə səs verirlər

38 saylı Nizami II Gəncə seçki dairəsinin 5 saylı məntəqəsində seçkilərin başlamasının ilk saatlarının olmasına başmayaraq seçici fəallığı müşahidə olunmaqdadır. Azəd Rəfinin şahid olduğu mənzərə bunu deməyə əsas verir.

38 saylı Nizami II Gəncə seçki dairəsinin 5 saylı məntəqəsi üzrə seçici siyahısında 1303 seçinin adı var. Məntəqədə 10 kabinə və 2 seçki qutusu seçicilərin ixtiyarındadır. Burada yerli müşahidəçilər seçki prosesini izləyir.

Əliağa Səfərəliyev- 38 saylı Nizami II Gəncə seçki dairəsinin 5 saylı məntəqə sədri: “Gördüyünüz kimi seçicilərimiz azad, demokratik olaraq məntəqəyə daxil olurlar və seçicilər ozünüzün də müşahidə etdiyiniz kimi, şəffaf şəkildə öz istədikləri namizədə səs verirlər. Bizim məntəqəmizdə seçki ilə bağlı heç bir problem yoxdur. Eyni zamanda bildirim ki,  bizə daşınan seçki qutuları ilə bağlı müaciət edilmədiyi üçün qeydiyyat aparmamışıq. İnanırıq ki, günün sonuna kimi seçicilərin bu fəallağı davam edəcək və seçki prosesini yüksək səviyyədə başa çatdıracağıq”.

Qeyd edək ki, məntəqədən kənarda Exit-poll” da fəaliyyət göstərir və seçkiləri müşahidə edir.

Azad Rəfi