• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 668
— 31.10.2015 18:18

Gəncədə fəaliyyət göstərən sakibkar qadınlarla görüş keçirilib

Görüş Prezident İlham Əliyevin imzaladığı "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunun müzakirəsi məqsədi ilə təşkil olunub. Görüşdə 35-dən artıq  sahibkar qadın iştirak edib. Əsasən yersiz yoxlamaların aradan qaldırılması, sahibkarlığın müəyyən sahələrinə ayrılan xüsusi diqqət müzakirə olunub. Bildirilib ki, bu qanunun qəbul olunması, bu sahədə yaranan durğunluğun aradan qalxmasına və inkişafın təmin olunmasına təkan verəcək.

Zemfira Ağayeva  -Respublika Qadın Sahibkarlar İB-nin rəhbəri: "Mən düşündüm ki, belə bir görüşün keçirilməsi vacib. Sahibkarlar bu qanundan mükəmməl məlumatlı olmalıdırlar. Yoxlamaların azaldılmasıdır, sahibkarların incidilməsidir. Bəzən olurdu ki, yersiz hallar yaşanırdı. Bu da sahibkarlarda düşkünlük yaradırdı. Bu nöqteyi- nəzərdən keçirilən bu tədbir onların da ürəyincə oldu".