• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4202
— 31.10.2015 16:52

Göygöldə payızlıq taxıl əkini gecikir

Göygöl rayonunda əkiləcək payızlıq taxıl ötən illə müqayisədə daha çoxdur. Ancaq fermerlər hazırda əkin prosesini başlaya bilmirlər. İşlərin gecikməsinə səbəb isə qeyri-sabit hava şəraitidir.

Göygöl rayonunda payızlıq taxıl üçün yerin şumlanıb malalanması işləri sentyabrın sonunda başa çatıb. Rayon üzrə bu il payızlıq taxıl üçün 5978 ha yer şumlanıb ki, bu da ötən illə müqayisədə 2539 ha çoxdur. Göygöl Rayon Dövlət Toxum Müfəttişliyindən verilən məlumata görə, havaların yağmurlu keçməsi torpağın çox hissəsinə taxıl əkməyə imkan vermir.

Nəriman Ələkbərov- Göygöl rayon Dövlət Toxum Müfəttişliyinin rəisi: “Havanın belə yağmurlu keçməsi torpaq üzərində aparılacaq işlərə maneçilik edilir. Bunu bir mənalı olaraq bilmək lazımdır. Ancaq sözsüz ki, hava imkan verən kimi bütün texnikalar, işçi qüvvəsi nəzərdə tutulan işlər üçün hazırdır. Təbiət özü yerlərimizi arat eləyib. Biz də səpin aparacağıq, normal da bitiş alacağıq”.

Xatırladaq ki, Göygöl rayonunda payızlıq taxıl ötən il oktyabr ayının sonunda tam başa çatmışdı. Rayon üzrə bu il 3300 ton payızlıq taxıl səpiləcək. Bu rəqəm ötən ilə nisbətən 1300 ton çoxdur. Əkiləcək taxılın 2700 tonu buğda, 600 tonu isə arpadır.

Elnur Vahidoğlu