• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1248
— 31.10.2015 14:32

Ağstafada ilk dəfə olaraq “piyada lobya” əkilib

Ağstafada ilk dəfə olaraq “piyada lobya” adlandırılan paxlalı bitki əkilib. Fermerlər su qıtlığının məhsuldarlığa təsir etdiyini bildirir, elə bu səbəbdən növbəti illərdə bitkinin çayətrafı rayonlarda əkilməsi planlaşdırılır.

Ağstafa rayonunun Dağkəsəmən kəndində ilk dəfə becərilən “piyada lobya”nın toxumlarını Məmmədovlar ailəsi Şəmkirdən gətirib. Bitki 40 günə yetişir və yüksək məhsuldarlığı ilə seçilir. Bu lobyanın əkininə yayın son aylarında başlanılır, yığım isə noyabra qədər davam edir. Tez yetişib bol məhsul verən bitki fermerlər üçün əlverişli olsa da əkin vaxtı yaranan su problemi məhsuldarlığa mənfi təsir edib. Bunu nəzərə alan kəndlilər növbəti illərdə lobyanı Kür çayı ətrafı kəndlərdə becərməyi planlaşdırır.

Paxlalı bitki əsasən paytaxt bazarlarına göndərilir. Ancaq lobyanın yerli alıcıları da kifayət qədərdir. Hazırda qiyməti 50-60 qəpikdir. Ancaq əvvəlki aylarda məhsulun dəyəri daha çox olub.

Azotla zəngin olan bitkidən həm yaşıl, həm də qurudulmuş halda istifadə edilir.

Rahim İbrahimoğlu