• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4155
— 31.10.2015 12:38

Gəncənin ən böyük çörək zavodunda istehsalın azalmasına səbəb nədir?

2013-cü ildə istifadəyə verilən Gəncənin ən böyük çörək zavodunda insan əli dəymədən çörək istehsalı həyata keçirilir. Müəssisə əhatə dairəsini genişləndirib. Amma istehsal azalıb. Yaranan təzadın səbəbi nədir?

20 t istehsal gücünə malik zavodun bir qismi Sahibkarlara Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşir. Əvvəllər yalnız Müdafiə Nazirliyinin hərbi hissələrinə çörək istehsal edən zavod, artıq Gəncə və ətraf rayonlarda da çörək satışını həyata keçirir. Əhatə dairəsinin genişlənməsinə baxmayaraq, istehsal faizi aşağı düşüb. Əvvəllər gün ərzində 15 ton çörək istehsal olunurdusa, indi bu göstərici 5 tondur. Səbəb isə yeni istehsal müəssisələrinin yaranmasıdır.

Bundan başqa 15 ton istehsal gücündə iki makaron zavodu da fəaliyyətdədir. Zavod hər ay xaricə 1000 ton məhsul ixrac edir. Lakin ixracatda problemlərlə üzləşir.

Arif Həsənov- müəssisənin rəhbəri: "Bir çox dövlətlərə məhsulumuzla çıxa bilərik. Məsələn, İraqda ərzaq məhsullarına böyük ehtiyac var. Türkmənistan özü bizə müraciət edib, məhsullarımızı istəyir. Lakin gömrük orqanlarında problemlər var. Bu da ixracata əngəl yaradır. Bütün məhsullarla çıxa bilmirik. Bu saat ancaq kəpək ixrac edirik".

Müəssisənin tərkibində 150 ton buğda üyüdən dəyirmanı var. Un məmulatlarının istehsalında istifadə olunan buğda həmin dəyirmanda üyüdülür. Buğdanın haradan idxal olunmasına gəlincə isə... Buğda idxalında Rusiya və Qazaxıstan liderlik edir. Ümumi məhsulun cəmi 15-20%-i isə yerli buğda sortları hesabına başa gəlir.

Zülfiyyə Telmanqızı