• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2829
— 30.10.2015 15:13

Gədəbəydə 1, Daşkəsəndə isə daha 3 kəndə ilk dəfə təbii qaz verilib

Daşkəsən rayonunun Zağalı, Qazaxyolçular və Qaraqullar kəndinə ilk  dəfə mavi yanacaq verilib. Kəndlərin qazlaşdırılması üçün müxtəlif diametrli metal borularla 14200 metr daşıyıcı və məhəllədaxili qaz xəttləri çəkilib. Bir pilləli sistem üzrə 319 mənzildə fərdi tənzimləyici və sayğac quraşdırılıb. Təbii qazın verilməsi münasibəti ilə keçirilən tədbirdə qeyd olunub ki, rayonda təbii qazdan istifadə edən abonentlərin sayı 3 mini ötüb. Hazırda 5 yaşayış məntəqəsində mavi yanacaqdan istifadə edilir. Gələn il rayonun digər kəndlərinin də qazlaşdırılması planlaşdırılır. Rəsmi hissədən sonra kəndlərə qazın verilişini bildirən məşəl alovlandırılıb. Qeyd edə ki, bu gün Gədəbəy rayonunun Söyüdlü kəndinə də  ilk dəfə mavi yanacaq verilib. Kəndin qazlaşdırılması üçün 39601 metr müxtəlif diametrli qaz xətti çəkilib. 934 mənzildə fərdi tənzimləyici və sayğac quraşdırılıb.

Natiq Hüseyn