• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2826
— 30.09.2014 20:36

Goranboya toy məclisinə gələn Bakı sakini avtomobil qəzasında həyatını itirib

Goranboy rayonunda yol qəzası baş verib.

Rayon Polis Şöbəsindən  verilən məlumata görə, hadisə rayonun Rəhimli kəndində qeydə alınıb. Belə ki, Goranboy rayon sakini, 30 yaşlı Bəxtiyar Eyvazov idarə etdiyi “Renault” markalı avtomobili ağaca çırpıb.

Qəza zamanı avtomobildə olan sərnişin, Bakı şəhər sakini, 29 yaşlı Roman Məmmədov hadisə yerində aldığı xəsarətlərdən ölüb.

Qeyd edək ki, qəza zamanı avtomobildə ölən şəxs dostu Bəxtiyar Eyvazovun  övladının sünnət toyunda iştirak etmək üçün Goranboy rayonuna gedibmiş. 

Faktla bağlı araşdırma aparılır.