• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1300
— 30.09.2014 20:25

Paytaxtda baş verən ağır yol qəzalarında 4 nəfər canından olub, 2 nəfər yaralıdır

Ötən gecə paytaxt ərazisində ağır yol nəqliyyat hadisələri baş verib. Qəzalar zamanı dörd nəfər dünyasını dəyişib, ikisi isə ağır yaralanıb.

Ötən gecə Polis, Fövqalədə hallar və təcili tibbi yardım əməkdaşlarını bir araya gətirən Sabunçu rayonunda baş verən ağır qəza olub. Elçin Alıyev Şəhər şossesi ilə idarə etdiyi “VAZ -2102” markalı avtomobillə Maştağa istiqamətində yüksək sürətlə hərəkətdə olarkən işıqforun qırmızı işığında dayanan, mişar daşı ilə dolu olan “Kamaz”a çırpılıb. Hadisə nəticəsində avtomobildə olan 4 nəfər yerindəcə dünyasını dəyişib. Qeyd edək ki, dünyasını dəyişənlərdən biri qadın olub.

Faktla əlaqədar cinayət işi başlanıb. Qəzanın dəqiq səbəbi təyin olunan avtotexniki ekspertizadan sonra məlum olacaq.  

 

Xətai rayonunda isə avtomobil yolu keçmək istəyən iki piyadanı vurub. Piyadalardan biri hamilə vəziyyətdə olan qadın olub. Nobel prospekti ilə şəhər istiqamətində hərəkətdə olan “Honda” markalı avtomobil yolu keçmək istəyən hamilə vəziyyətdə olan 23 yaşlı Təhminə Mustafayevanı və daha bir nəfəri vurub. Yaralılar təcili tibbi yardım avtomobili ilə 3 saylı şəhər xəstəxanasına çatdırıblar. Həkim

Təhminə Mustafayevanın vəziyyətinin ağır olduğunu bildirib.

Qəzanı törətməkdə şübhəli bilinən “Honda” markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb. İsti izlərdən keçirilən əməliyyat nəticəsində avtomobil Babək prostektində, NZS qəsəbəsinin girişində aşkarlanıb. Sürücü avtomobildə olmayıb. Hazırda Xətai polisi avtomobili hadisə zamanı idarə edən sürücünün axtarışlarını davam etdirir. 

Faktla əlaqədar araşdırmalar aparılır.