• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 933
— 29.10.2015 14:28

“Azərişıq” gənc xanımları işə qəbul etmək üçün seminar-kurslara start verib

Gəncədə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən bölgələrdə yaşayan gənc xanımların müsabiqə yolu ilə işə qəbul olunması üçün seminar-kurslar keçirilir. Gəncə Regional Elektrik Şəbəkəsində təşkil olunan kurslar oktyabrın 21-dən start götürüb və 14 gün davam edəcək. Xanım iştirakçılara nəzarətçi mühəndis-ixtisası üzrə əyani və şifahi şəkildə dərslər keçiləcək. Seminar başa çatdıqdan sonra iştirakçılar işə qəbul komissiyası qarşısında imtahan verəcəklər və imtahanda uğurlu nəticə əldə edənlər “Azərişıq” ASC-nin regional şöbələrində işə qəbul olunacaqlar.

Vəfa Şairova