• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3731
— 28.10.2015 19:48

Kürdəmirdə ayrı-ayrı vaxtlarda oğurluq edən şəxslər saxlanılıb

Kürdəmirdə baş verən oğurluq hadisələrinin üstü açılıb. Rayon ərazisində ayrı-ayrı vaxtlarda oğurluq edən  şəxslər saxlanılıb.

Kürdəmir rayonunun Atakişili kənd sakini Nəcib Mənsimov rayon polis şöbəsinə müraciət edərək oktyabrın 16-sında yaşadığı evdən 2 min 110 manat pulunun oğurlandığını bildirib. Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Yevlax şəhər sakinləri Pərvanə Mərdanova və Sona Mahmudova şübhəli şəxs qismində saxlanılıblar. Müəyyən edilib ki, hər iki şəxs Nəcib Mənsimovun evdə olmamasından istifadə edərək qanunsuz şəkildə içəri soxulublar.

Araşdırma zamanı həmin şəxslərin digər cinayət əməli də ortaya çıxıb.

Kürdəmirdəki digər oğurluq hadisəsinin də üstü açılıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Aran qəsəbə sakininin evindən 180 manat dəyərində məişət cihazlarını gizli yolla oğurlayan şəxslər tutulublar. Müəyyənləşdirilib ki, Samir Yaşar oğlu Cəbrayılov və Elxan Vidadi oğlu Seyidov rayonun Aran qəsəbə sakini Sarif Əsgərovun yeni tikdirdiyi, lakin yaşamadığı evindən 1 ədəd elektrik sobası,1 ədəd ətçəkən maşın, 1 ədəd mikser və 1 ədəd ütünü aparıblar.

İstintaqın gedişində həmin saxlanılan şəxslərin ayrı-ayrı vaxtlarda minik avtomobilinin 2 təkərinin disklərini, 2 hind quşunu və məişət avadanlıqlarını oğurladığı da məlum olub.

Rəhman Əsədov