• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 966
— 30.09.2014 20:06

Lənkəranda polis işçisi brakonyerlərin qurbanı olub

Lənkəran rayonunda bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Regional Şöbəsinin əməkdaşı brakonyerlərin qurbanı olub.

Hadisə ötən gecə saatlarında Ürgə kəndi ərazisində  baş verib. Su nəqliyyatında polis idarəsinin Lənkəran xətt polis şöbəsi əməkdaşlarının Veravul çayında  qanunsuz balıq ovu ilə məşğul olan dəstəyə qarşı keçirtdiyi  növbəti reyd zamanı  5 nəfərlik reyd qrupunun tərkibində olan polis serjantı, rayonun Şirinsu kənd sakini 28 yaşlı Məlik Əlizakir oğlu Cahangirov qanunsuz ov ilə məşğul olanların suya buraxdıqları elektrik enerjisinin qurbanı olub. Polis yüksək gərginlikli elektrik cərəyanı vurmasından hadisə yerindəcə dünyasını dəyişib. Mərhumun meyiti gecə saatlarında məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinin  Lənkəran  rayon  şöbəsinə təhvil  verilib. Hadisə zamanı qayıqda olan brakoynerlər qaçmağa nail olsalar da çox uzağa gedə bilməyiblər. Əldə etdiyimiz məlumata görə, artıq iki nəfər saxlanılıb. Xatırladaq ki, brakonyerlər elektrik enerjisini kütləvi balıq ovu məqsədi ilə suya  buraxıblar.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.