• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3050
— 28.10.2015 15:20

Gəncədə “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib

Gəncə kuboku uğrunda mübarizəyə 20 komanda qatılıb. Hər komandanı tələbə və QHT nümayəndələrindən ibarət 6 gənc təmsil edib. Bilik yarışı Gənclər və İdman Baş İdarəsinin dəstəyi, Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə baş tutub. İştirakçılara ümumilikdə 36 sual, hər sualın cavablandırılmasına isə 1 dəqiqə vaxt verilib. Suallar əsasən tarix, məntiq kimi sahələri əhatə edib. Oyunun keçirilməsində əsas məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği, eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkilindən ibarətdir. Yarışda ilk üç pilləni tutan komandalara kubok və medallar təqdim edilib.

Xəyalə Mürsəl