• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 968
— 28.10.2015 15:02

Goranboy məktəblərində qış mövsümünə hazırlıq başa çatıb

Goranboy rayonunda fəaliyyət göstərən orta ümumtəhsil məktəbləri qış mövsümünə hazırdır. Rayon Təhsil Şöbəsindən verilən məlumata görə, istilik sistemi maye yanacaqla, qazla, odunla və elektrik enerjisi ilə işləyən təhsil ocaqlarında ehtiyat tədbirləri görülüb, avadanlıqlar saz vəziyyətə gətirilib. Ehtiyac duyulan məktəblərə normaya uyğun olaraq odun yanacağı verilib, qazanxanalar istismara hazır vəziyyətə gətirilib.

Qeyd edək ki, Goranboy rayonunda fəaliyyət göstərən 79  orta məktəbdə 14 min şagird kontingenti təhsil alır və onların təlim-tərbiyəsi ilə  3600 pedaqoji heyət məşğul olur.

Ağababa İbrahimov- Goranboy Rayon Təhsil Şöbəsinin müdir müavini: "Rayonumuzda 79 ümumtəhsil ocağının və 1 şahmat məktəbinin binasının qışa hazırlığı gündəmdədir. Məktəblərimizdən 49-u odunla, 12-i duru yanacaqla, 11-i mavi yanacaqla, 6-ı elektrik enerjisi ilə qızdırılır. 2 təhsil ocağımız isə rayon mərkəzində mövcud olan mərkəzləşdirilmiş istilik sisteminə qoşulub".

Xaliq Qurbanlı