• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3700
— 28.10.2015 13:05

Cibgirlik edən gəncəli qadın Tovuzda saxlanılıb

Tovuzda 67 yaşlı cibgir qadın saxlanılıb. Müxtəlif  rayonlarda, həmçinin Rusiyada bir neçə dəfə oğurluq edərək saxlanılan Gəncə sakini Güleydə Manafovanın sonuncu qurbanları Tovuzda Zərnigar Museyibova və Nüşabə İsmayılova olub. Cibgir adıçəkilən qadınların 170 manat nağd pulunu, mobil telofonunu və açarlarını götürərək, aradan çıxmağa çalışsa da, Tovuz polisi buna imkan verməyib. 2 övlad anası olan Güleydə Manafova bu günə qədər yalnız xanımlardan oğurluq edib.

Rahim İbrahimoğlu