• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3587
— 28.10.2015 11:08

Samuxda 2 mağaza iki il sonra yenidən qarət olundu

Samuxda bir gecədə iki mağaza yarılıb. Qarətçilər hər iki mağazadan qiymətli əşya və nağd pul oğurlamaqla obyekt sahiblərinə xeyli miqdarda ziyan vurublar. Qeyd edək ki, hər iki mağazada iki il əvvəl də oğurluq hadisəsi baş verib.

Oktyabrın 27-dən 28-nə keçən gecə Samux rayonunun Qarayeri qəsəbəsində bir-birinə yaxın yerləşən iki mağazada oğurluq faktı qeydə alınıb. Naməlum şəxs və ya şəxslər qəsəbə sakinləri Sabit Ələsgərov və Tamella Quliyevaya məxsus mağazaya pəncərəni sındırma yolu ilə daxil olaraq oradan ümumilikdə 5 ədəd kompüter dəsti, spirtli içkilər, tütün məmulatları, məişət və geyim əşyaları oğurlayıbar. Tamella Quliyevanın sözlərinə görə, “çağırılmamış qonaqlar” ona məxsus mağazadan 300 manata yaxın nağd pul da  oğurlayıblar.

Tamella Quliyeva- zərərçəkən şəxs: “Pulumuz qabın içərisində olub. Hamısını aparıblar. Demək olar ki, spirtli içkilərin ən bahalısını, geyim əşyalarının ən yaxşısını seçiblər. Hətta bir neçəsini də küçəyə atıblar”.

Dərhal hadisə yerinə Samux Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub. İlkin əməliyyat-axtarış tədbirləri aparılıb, hələlik oğurluğun kim və yaxud kimlər tərəfindən törədildiyi məlum deyil. Mağaza sahiblərinin sözlərinə görə, 2013-cü il yanvar ayının 4-dən 5-nə keçən gecə də hər iki obyektdən oğurluq edilib. Həmin vaxt oğurluğu törədən 4 nəfərlik dəstə tutularaq məsuliyyətə cəlb edilib.

Natiq Hüseyn