• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3583
— 27.10.2015 23:30

Ölkə ərazisində külli miqdarda narkotik maddə dövriyyədən çıxarılıb

Daxili İşlər Naziriliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. Narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Şirvan şəhər sakini Səbuhi Məmmədov və Hacıqabul rayon sakinləri - Güləhməd Mirzəyevlə Natiq Kazımov saxlanılıb. Aparılan araşdırma nəticəsində onların Gülnar adlı şəxs vasitəsi ilə barələrində rüsvayedici videolar yayacaqları hədəsi ilə bir neçə vətəndaşdan külli miqdarda pul almaları da müəyyən edilib. Şirvan şəhər sakini Gülnar Əhmədova da saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. Dəstə üzvlərinin cinayət əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə hüquq mühafizə orqanlarına və ya 012-590-66-58 nömrəli telefona zəng edərək məlumat verə bilərlər.

İlham Məmmədzadə