• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 824
— 30.09.2014 20:01

Şəkidə gecə saatlarında qəza hadisəsi olub

Gecə saatlarında Şəkidə qəza hadisəsi baş verib.

“Vaz 2107” və “Niva” markalı avtomobillər toqquşub. Hadisədə iki nəfər yüngül bədən  xəsarəti alıb.

“Vaz”ın sürücüsü 18 yaşlı Hümbət Xəlilov xəsarətləri nisbətən ağır olduğundan o, Şəki Təcili Tibbi Yardım Stansiyasına gətirilib. Digər yaralı Cəlil Kərimovun xəsarətləri yüngül olub və o, xəstəxanaya aparılmaqdan imtina edib.

Faktla bağlı araşdırma aparılır.