• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3731
— 27.10.2015 19:44

Abşeron rayonunda silsilə oğurluqlar etmiş şəxslər yaxalanıb

Onlardan biri xarici ölkə vətəndaşıdır.

Abşeron rayonu Hökuməli qəsəbəsində yaşayan Qurbanov Rəhim Tofiq oğlu evindən oğurluq olunması ilə bağlı Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edib. Keçirilən əməliyyat axtarış hadisəsini törətmiş Mirəliyev Mircabir Mirtemur oğlu və onun tanışı Türkmənistan Respublikasının vətəndaşı Nurberdiyev Halmurad Rəcəb oğlu saxlanılıb. 

Hər 2 şəxs artıq istintaqda dindirilib. Narkotik aludəçisi olduğunu deyən Mircabir Mirəliyev oğurluğa narkotikə olan tələbatını ödəmək üçün əl atdığını söyləyib. Türkmənistan vətəndaşı Halmurad Nurberdiyevlə də oğurluqda ona kömək etməsi məqsədilə tanış olub.

Saxlanılan Halmurad Nurberdiyevin sözlərinə görə, əldə etdikləri əşyaların hamısını dəyər dəyməzinə sataraq narkotik maddə alıblar. Saxlanılan şəxslərin vətəndaşlara oğurluq yolu ilə 6 min manatdan artıq maddi ziyan vurublar. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə başlanan cinayət işinin istintaqı davam edir.

İlham Məmmədzadə