• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3706
— 27.10.2015 14:59

Gəncə sakinləri Tovuzda avtomobil oğurladı

İki nəfər Gəncə sakini Tovuzda avtomobil oğurlayıb. Onlar sərxoş halda Tovuzun Əyyublu kəndinə gələrək Fəxrəddin Mehralıyevin "VAZ 21-05" markalı avtomobilini qaçırıblar. Təhlükəsizlik kamerasında görüntülənən 2 nəfər maşını kənddən çıxara bilib. Dərhal hadisə ilə bağlı polisə məlumat verilib. Bir neçə ay sonra məlum olub ki, hadisəni törədən Gəncə sakinləri Anar Hüseynov və onun qonşusu Vüqar İsmayılovdur. Qonşular oğurluğun izini itirmək üçün "VAZ"-ı hissələrə bölərək digər avtomobilə yığıblar. Saxlanılanlardan Vüqar İsmayılov əvvəllər də bir neçə cinayət törədərək məhkumluq həyatı yaşıyıb.

Rahim İbrahimoğlu