• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3703
— 27.10.2015 11:02

Daşkəsəndə ev soyan dəstə polisdən qaça bilmədi

Daşkəsəndə qadına məxsus evdən oğurluq edilib.Rayon Polis Şöbəsi  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Pərvanə Novruzovanın evindən seyf və məişət əşyaları oğurlamaqda şübhəli bilinənlər – Rufan Məhərrəmov, Sultan və Emil Əliyev qardaşları saxlanılıb.

Onların ətrafında aparılan əməliyyat tədbirləri ilə müəyyən edilib ki, həmin şəxslər bir müddət əvvəl Məhəmmədəli Novruzovun evindən də məişət əşyaları oğurlayıblar.

Hər iki fatla bağlı cinayət işi açılıb, istintaq aparılır.

Natiq Hüseyn