• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3547
— 30.09.2014 19:59

Masallı rayonunda ikimərtəbəli ev yanıb

Masallıda ikimərtəbəli evdə yanğın hadisəsi baş verib. İlkin versiya kimi yanğının elektrik naqillərində yaranan qısaqapanma  səbəbindən baş verdiyi bildirilir.

Hadisə rayonun Boradigah qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 43 yaşlı Həsənağa Kazımovaya məxsus ikimərtəbəli evdə anidən yanğın baş verib. Dərhal hadisə yerinə Masallı yanğından mühafizə hissəsinin iki yanğınsöndürən avtomaşını cəlb olunub. Yeddiotaqlı, 2 dəhlizli ümümi sahəsi 440 kv.m olan evin 20 kv.m-i, bir otaq əşyaları ilə birgə və evin tavanı yanaraq sıradan çıxıb. Kənd sakinləri vaxtında mudaxilə etdiyindən yanğının qarşısı bir qədər tez alınıb.

Hadisənin baş vermə səbəninə isə ilkin ehtimal kimi elektirik naqillərində yaranan qısaqapanma göstərilir.

Faktla bağlı araşdırma aparılır.