• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 737
— 30.09.2014 16:15

Ukraynanın Odessa şəhərində ənənəvi "Grand-Prix Odessa" veloyürüşü keçirilib

100-dən artıq idmançının mübarizə apardığı birgünlük yürüşdə iştirakçılar 120 km məsafə qət ediblər. Yarışın qalibi adını isə Azərbaycanın Elit yığma komandası və "Synergy Baku"nun üzvü Elçin Əsədov qazanıb. O, nəzərdə tutulan məsafəni 2 saat, 57 dəqiqə, 49 saniyəyə başa vurub. Komandamızın digər üzvü Aleksandr Surutkoviç Elçindən 20 saniyə geri qalmaqla 3-cü olub. Bildirək ki, Odessa Qran-Prisi gələn ildən etibarən Beynəlxalq Velosipedçilər İttifaqının təqvim planına salınacaq.