• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3615
— 26.10.2015 20:01

Paytaxtda polis əməkdaşlarına atəş açılıb, bir nəfər yaralanıb

Hazırda hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılır.

Bakının Xətai rayonunda polis əməkdaşı odlu silahla vurulub. Hadisə Rahib Məmmədov küçəsində qeydə alınıb. Xətai Rayon Polis Idarəsinin əməliyyatçısı polis baş leytinantı İltifat Bayramov bir neçə polis əməkdaşı ilə birgə xidmətdə olarkən naməlum şəxs onlara tapançadan atəş açıb. Güllələrdən biri İltifat Bayramova dəyib. Yaralı Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib. Həyata keçirlən tədbirlər nəticəsində hadisəni törədən Yevgeni Antonov tutulub. Saxlanılan şəxsdən cinayətdə istifadə etdiyi “Naqan”tipli tapança götürülüb. Hospitaldan verilən məlumata görə, İltifat Bayramovun vəziyyəti qənaətbəxşdir. Faktla bağlı Xətai rayon prokurorluğunda cinayət işi açılıb.

Vəfa Şairova