• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3607
— 26.10.2015 20:12

Mingəçevir şəhərində qətl hadisəsi baş verib

Hadisə bu gün şəhərin məcburi köçkünlər üçün yeni salınan qəsəbəsində qeydə alınıb.

Ağdam rayonundan olan və hazırda Mingəçevirdə müvəqqəti məskunlaşan məcburi köçkün 31 yaşlı  Şakir Əhmədov şəxsi münasibətlər zəminində baş verən dava zamanı həmyerlisi, 34 yaşlı Bəxtiyar Rəhimovu güllələyib.  Şakir Əhmədovun pnevmatik tapançadan açdığı atəş nəticəsində döş qəfəsindən və ürək nahiyəsindən güllə yarası alan Bəxtiyar Rəhimov hadisə yerində dünyasını dəyişib. Həmyerlilər arasında münaqişənin səbəbi hələlik məlum deyil. Hadisəni törədən Əhmədov qaçaraq gizlənib. Hazırda Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdıma aparılır.

Vəfa Şairova