• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1175
— 30.09.2014 16:05

Beynəlxalq Şahmat Federasiyası yeni reytinq cədvəlini açıqlayıb

Oktyabr ayı üçün açıqlanan “Top-100”də Azərbaycan təmsilçiləri də yer alıb. 

Qrossmeysterlərimizdən ən yaxşı nəticəyə yenə Şəhriyar Məmmədyarov malikdir. Həmyerlimiz klublararası Avropa çempionatında uğurlu çıxışdan sonra 2 pillə irəliləyərək, 10-cu yerə yüksəlib. Onun aktivində 2764 xalı var.

Məmmədyarov kimi Teymur Rəcəbov da irəliləyib. SOCAR-la Avropanın ən güclüsü tituluna yiyələnən həmyerlimiz 8 rəqibini qabaqlayıb - 2726 xal. O, indi 25-cidir.

Yığmamızın liderlərindən olan Rauf Məmmədov 13 pillə irəli gedərək, 80-ci yerə yüksəlib. Məmmədov 2667 xala malikdir.

Ötən ay “Top-100”ə qayıdan Eltac Səfərli isə komanda yoldaşlarında fərqli, bu dəfə siyahıya düşməyib.

Reytinq cədvəlinin ilk “üçlüyü”ndə də dəyişiklik olub. Norveçli Maqnus Karlsenin 2863 xalla başçılıq etdiyi siyahıda italiyalı Fabiano Karauna (2844) ikinci, bolqarıstanlı Veselin Topalov (2800) üçüncü yerə qalxıb.

Qadınların cədvəlində isə ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb.