• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1913
— 26.10.2015 16:49

Goranboyda ərzaq mağazasını yaran dəstə tutulub

Goranboyda ərzaq mağazasını yararaq oradan ödəniş terminalını oğurlayan dəstə zərərsizləşdirilib. Polis dəstənin 3 üzvünü elə rayon ərazisində, 2 nəfəri isə Bakı şəhərində saxlayıb.

Goranboy rayonunda oğurluq hadisəsi qeydə alınıb. Oktyabrın 24-ü səhər saat 6 radələrində 5 nəfərdən ibarət dəstə rayonun Qızılhacılı qəsəbəsində yerləşən ərzaq mağazalarından birində ödəniş terminalını oğurlayıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədənlər - Vaqif Hüseynov, Elşən Qurbanov, İlkin Şıxıyev, Sadıq Sadıqov və Elçin adlı şəxs saxlanılıb.

Səbuhi Məhərrəmov- müstəntiq: "Naməlum şəxs və şəxslərin Qızılhacılı qəsəbəsində yerləşən dükana qanunsuz daxil olaraq mağazada olan “Milliön” ödəmə terminalını içindəki 3036 manat pulla birlikdə gizli olaraq talamışlar".

Araşdırma zamanı məlum olub ki, onlar ödəmə terminalını tamah məqsədilə oğrulayaraq kustar üsulla açıb və içərisindəki pulu öz aralarında bölüblər. Hadisəni törədən şəxslərin 3-ü əvvələr məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Polis qrupun digər cinayətlərdə iştirakını da araşdırır.

Xaliq Qurbanlı