• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1722
— 26.10.2015 13:02

Tovuzda sarımsaq əkininə başlanılıb

Qoxusu xoş olmasa da, məhsuldarlığı yüksək olur. Söhbət bir sıra xəstəliklərin dərmanı olan sarımsaqdan gedir. Bir neçə gündür Tovuzda bu bitkinin əkininə başlanılıb.

Sarımsaq Tovuz rayonunun əsasən Mülkülü və Aşağı Quşçu kəndində becərilir. Həm əkini, həm də yığımı texnika ilə etmək mümkün olmadığından işlər əl əməyi ilə həyata keçirilir. 40-45 dərəcə şaxtaya davamlığı ilə seçilən bitki susevəndir. Rayonda iki növü becərilən sarımsaq  mayın sonu, iyunun əvvələrində yığılır.

Sarımsağı yaxşı becərib vaxtında suvaranda hər hektardan 12-14 ton məhsul götürmək mümkündür. Əvvəlki illərdə 1 kq-mı 3-4 manata satılan sarımsaq, bu il alıcılara 90 qəp. - 1 manata təklif edilib.

Bu il Tovuzda torpaq mülkiyyətçiləri tərəfindən 1000 hektardan çox sahədə yazlıq bitki becərilib. Sarımsaq əkilən sahələr isə 100 hektara yaxındır.

Rahim İbrahimoğlu