• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 898
— 30.09.2014 14:55

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin II turunun oyunlarına start veriləcək

İlk matç günündə 4 qrupda 8 qarşılaşma baş tutacaq. Günü maraqlı oyunlarından biri İngiltərədə keçiriləcək. Burada son ölkə çempionu “Mançester Siti” “Roma”nı qonaq edəcək. Qrup mərhələsinin ilk turunda evdə Moskva MOİK-ini darmadağın edən (5:1) “canavarlar” növbəti dəfə 3 xal qazanmağa çalışacaq. “Şəhərlilər” isə Münhen səfərindəki “Bavariya” məğlubiyyətini (1:0) unutmaq niyyətindədirlər.

Almaniya klubu isə Rusiyada MOİK-lə üz-üzə gələcək. Baş məşqçi Xosep Qvardiolanın yetirmələri E qrupunda 2-ci qalibiyəti üçün Moskvada meydana çıxacaq.

Azarkeşlər turun ən maraqlı görüşünü Fransada izləyə biləcəklər. Son illərin çempionu PSJ 4 dəfə ÇL-nin qalibi olan “Barselona”nı sınağa çəkəcək. Bu qarşılaşma həm də Kataloniya klubunun “sükanı arxası”na yayda keçən Luis Enrikenin ilk səfər matçı olacaq.

Bu matç həm də gecənin ən erkən start verən oyunu olacaq. Qarşılaşma Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Digər oyunlarda isə APOEL-lə “Ayaks”, “Şalke” ilə “Maribor”, “Sportinq”lə “Çelsi” üz-üzə gələcək. BATE ilə “Atletik”, “Şaxtyor”la “Portu” münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, turun digər qarşılaşmaları sabah baş tutacaq.

 

Çempionlar Liqası

II tur

30 sentyabr (çərşənbə axşamı)

E qrupu

21:00 MOİK – “Bavariya”

23:45 “Mançester Siti” – “Roma”

 

Roma

1

3

Bavariya

1

3

MS

1

0

MOİK

1

0

 

F qrupu

23:45 APOEL – “Ayaks”

23:45 PSJ – “Barselona”

 

Barselona

1

3

PSJ

1

1

Ayaks

1

1

APOEL

1

0

 

G qrupu

23:45 “Şalke” – “Maribor”

23:45 “Sportinq” – “Çelsi”

 

Çelsi

1

1

Şalke

1

1

Sportinq

1

1

Maribor

1

1

 

 

H qrupu

23:45 BATE – “Atletik”

23:45 “Şaxtyor” – “Portu”

 

Portu

1

3

Atletik

1

1

Şaxtyor

1

1

BATE

1

0