• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3715
— 25.10.2015 13:21

Şəmkirdə iki uşaq anasını elektrik cərəyanı vurub

Bu gün səhər saatlarında Şəmkir rayonunun Sabirkənd kəndində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Kənd sakini 27 yaşlı Jalə Bayramova vanna otağında uşaqlarını çimizdirərkən ehtiyatsız davranıb və nəticədə onu elektrik cərəyanı vurub. Bayramova hadisə yerindəcə dünyasını dəyişib. Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir Rayon Şöbəsinə təhvil verilib. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, mərhumun iki azyaşlı övladı var.

Natiq Hüseyn