• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4179
— 30.09.2014 13:50

Gürcüstanda çimərlik voleybolu üzrə “Georgia Open EEVZA Final Tour - 2014” turnirini keçiriləcək

Oktyabrın 2-dən 5-dək Gürcüstanın Batumi şəhərində çimərlik voleybolu üzrə  “Georgia Open EEVZA Final Tour - 2014” turnirini keçiriləcək.
Turnirdə Azərbaycanın qadın və kişilərdən ibarət komandaları çıxış edəcək.

Qadınların yarışında ölkəmizi Vivian Danielle Da Canceicao Cunha - Zinaida Liubymova və Ferreira Raquel Goncalves - Yuliya Kərimova təmsil edəcəklər.

Kişilərin arasında Santos Merces Meilton Moises – Yaroslav Rudix və Romano Bernardo Vermelinger – Leonid Qritsai cütlükləri birincilik uğrunda mübarizə aparacaqlar.

Voleybolçularımız bu gün Gürcüstana yola düşəcəklər.