• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3749
— 23.10.2015 18:44

Ağsuda qayın yeznəni öldürüb

Ağsu rayonunun Kalva kəndində qətl hadisəsi baş verib.  Kənd sakini, 34 yaşlı Elşən Hacıyev şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı  bacısının həyat yoldaşı, Şamaxı sakini, 40 yaşlı Asif Adil oğlu Zeynalovu öldürüb. Asif Zeynalov ov tüfəngindən açılan atəş nəticəsində aldığı güllə yarasından hadisə yerində dünyasını dəyişib. Elşən Hacıyev qətli törədən zaman sərxoş olub. Onun Asif Zeynalovu hansı səbəbdən qətlə yetirdiyi hələ ki, məlum deyil. Şahidlərinin sözlərinə görə, onların arasında əvvəllər pul borcuna görə söz-söhbət yaranıb. Qətldə istifadə olunan ov tüfəngi maddi sübut kimi götürülüb. Elşən Hacıyevin əvvəllər Rusiya və Azərbaycanda məhkumluq həyatı yaşadığı bildirilir. Faktla bağlı Ağsu rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

İlham Məmmədzadə