• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3748
— 23.10.2015 18:42

Bakı sakini qonaq getdiyi kənddə bıçaqlandı

Ağdam rayonuna yaxınlarının evinə qonaq gedən Bakı şəhər sakini bıçaqlanıb. Hadisə rayonun Səfərli kəndində qeydə alınıb. Bıçaqlanan 1973-cü il təvəllüdlü Vüqar Əjdər oğlu Baxşəliyev ötən gün axşam saatlarında Quzanlıdakı Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. O, qarnının ön divarının deşilmiş-kəsilmiş yarası ilə xəstəxanaya gətirilib. Vüqar Baxşəliyevə ilkin tibbi yardım göstərilib.  Ağdam Rayon Polis Şöbəsində hadisənin hansı şəraitdə və necə baş verdiyi araşdırılır.

İlham Məmmədzadə