Bu günə xəbərlərin oxunma sayı: 1513
— 23.10.2015 13:06

Gəncədə 9 ayın hesabatı verildi

Gəncədə 2015-ci ilin 9 ayı ərzində ümumi daxili məhsul buraxılışı 105,7 faiz və ya, müqayisəli qiymətlərlə 35,6 milyon manat artaraq 662,8 milyon manata çatıb. Sənaye sahəsində çalışan işçilərin orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3 faiz artıb. Hesabat dövründə Gəncəçayın sağ sahilində bulvar kompleksin 1-ci mərhələsinin salınması istiqamətində işlər yekunlaşmaq mərhələsinə çatdırılıb. Keçirilən hesabat yığıncağında eləcə də Gəncədə irihəcmli dini və mədəni layihələrin icra edildiyi, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən işlərin uğurla davam etdirildiyi xüsusiylə vurğulanıb. Planlaşdırılan işlərin uğurla davam etdirilməsi üçün şəhər iqtisadiyyatının inkişafına xüsusi önəm veriləcək. Sahibkarlara öz bizneslərini inkişaf etdirmək üçün yaradılan imkanlar daha da genişləndiriləcək.  

Elmar Vəliyev- Gəncə şəhər İcra Hakimiyyətinin başçısı: “Azərbaycan xalqının mənafeyi hər şeydən üstündür. Azərbaycan vətəndaşının mənafeyi hər şeydən üstündür. Çünki, nə qədər sahibkarlıq inkişaf etsə, bir o qədər ölkənin iqtisadiyyatı güclənəcək, sahibkar dövlətin vergisini verə biləcək və bununla da iqtisadiyyatımız güclənəcək büdcəmiz dolacaq və ümumilikdə problemlərin həlli üçün mühit formalaşacaq”.