• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1671
— 23.10.2015 11:38

Tovuzda payız səpini sahə şumlanmadan aparılacaq

Yeni texnikalar vasitəsi ilə payız səpini sahə şumlanmadan aparılacaq. Bu həm bol məhsuldarlığı təmin edəcək, həm də fermerləri xeyli irəli salacaq. Tovuzda keçirilən regional müşavirədə nazirlik əməkdaşları bu cür səpinin daha səmərəli olduğunu bildiriblər. Açıq sahədə həm şumlama, həm də yeni üsulla səpin aparılaraq əyani olaraq fermerlərə bu üsulun faydalılığı göstərilib. Yeni qaydalara görə, cərgəli əkin üsulu ilə əvvəl gübrə səpiləcək, sonra sahə şumlanaraq, səpin aparılacaq. Bu yenilik torpağın zədələnməsinin və toxumla  gübrə itkisinin qarşısı da alacaq.

Rahim İbrahimoğlu