• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1374
— 21.10.2015 15:53

Milli qəhrəman Samuxda anıldı

Samux rayonunda Milli qəhrəman Eltun İsgəndərovun anadan olmasının 25-ci ildönümü anılıb. Şəhidin təhsil aldığı Əhmədbəyli kənd tam orta məktəbində təşkil olunan tədbirdə milli qəhrəmanın şərəfli döyüş yoluna nəzər salınıb.

Xaləddin İsgəndərov- milli qəhrəmanın atası: "Mən 21-ci əsrin ilk qəhrəmanı olan Eltun İsgəndərovla, dövlətimizlə fəxr edirəm. Şəhidin atası olaraq bu tədbiri təşkil edənlərə, rayon ictimaiyyətinə öz minnətdarlığımızı bildirirəm".

Milli qəhrəmanın atası kimi Eltun İsgəndərovun 25 yaşını qeyd etməyə toplaşanlar da onunla fəxr etdiklərini dilə gətirdilər. Sərhəd Qoşunlarında xidmət etməklə dövlət sərhədlərinin etibarlı qorunmasında şücaətindən danışılıb. 2009-cu ilin 18 iyununda sərhəd toxunulmazlığını pozan bir qrup cinayətkara qarşı mübarizə zamanı qəhrəmancasına şəhid olduğu diqqətə çatdırılıb.

Yadigar Məmmədov -milli qəhrəmanın zabiti: "Bu gün Eltun İsgəndərovun 25-ci il dönümüdür. Yaşasaydı 25 yaşı tamam olurdu. Lakin qəhrəmanlar ölmürlər, onlar daim yaşayırlar. Elton İsgəndərov əsrimizin ilk qəhrəmanı olmaqla yanaşı onun göstərdiyi şücaət  Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıqlardan biridir".

Samuxun Əhmədbəyli kənd tam orta məktəbində baş tutan tədbirdə milli qəhrəmana həsr olunan film nümayiş olunub. Ardından Eltun İsgəndərovun məzarı ziyarət edilərək şəhidlərin ruhuna dualar oxunub.   

Xaliq Qurbanlı