• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1590
— 21.10.2015 15:24

Bakıda və Tovuzda oğurluq hadisələri baş verib

Nəsimi rayonun 3 mikrorayon ərazisində yerləşən mağazada oğurluq hadisəsi baş verib. Tovuzda isə köşk yarılıb.

Sözü gedən hadisə rayonun Alı Mustafayev 41 ünvanında vətəndaş Emin Hüseynovun mağazasında baş verib. Mağazanın yarılması xəbərini isə zərərçəkən bu gün səhər saatlarında ərazidəki qonşulardan öyrənib.

İçəri daxil olan maskalı şəxs əvvəlcə təhlükəsizlik kamerasının yaddaş qurğusunu qırıb. Daha sonra isə mağazada olan əmanət terminalını yarıb. Həmçinin mağaza sahibinə xeyli miqdarda ziyan vurub.

Hazırda polis mağazanı yaran şəxsin tutularaq istintaqa təhfil verilməsi istiqamətində əməliyyat tədbirlərini davam etdirir.

Tovuzda isə qəzet köşkü yarılıb. Hadisə gecə saatlarında baş verib. Rayonun Sabir küçəsində yerləşən obyektin satıcısı səhər işə gələrkən qapının xüsusi alətlə kəsildiyini görüb. Satıcı Diləfrüz Məmmədova "qəhrəman"ların 40 manat məbləğində qəpik pul və 110 manat dəyərində tütün və xırdavat məhsulları oğurladığını bildirib. Hadisə ilə bağlı Tovuz polisi araşdırmalara başlayıb.

Bu fakt üzrədə cinayət işi açılıb istintaq gedir.

İlham Məmmədzadə