• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1457
— 21.10.2015 10:33

Tovuzda xurma yığımına başlanılıb

Əsasən rayonun Alakol kəndində becərilən bitki bu il bol məhsuldarlığı ilə seçilir.

Alakolda xurmanın becərilməsinə maraq böyükdür. Sakinlər məhsulu əziyyətsiz başa gələn bu ağacı həyətyanı sahələrdə əkməyə üstünlük verirlər. Digər yaşayış məntəqələrinə nisbətən kənddə suyun bol olması onların işini daha da asanlaşdırır. Hazırda bağlardan şərq xurması yığılır.

Kəndlilər məhsulun yeşiyini 3-4 manata satırlar ki, bu da ötənilki qiymətdən xeyli ucuzdur. Alakoldan yığılan xurma elə həyətlərdə qablaşdırılaraq Rusiya bazarlarına göndərilir. Meyvə yeşiklərə tam yetişməmiş yığılır ki, uzun yolda yararsız hala düşməsin.

Rayonda xurmanın şişburun, yastı və korolyok növləri yetişdirilir. Xurma bağlarının sahəsi 200 hektardan çoxdur.

Rahim İbrahimoğlu